Misir paytaxtı dəyişir? - Hökumət səhraya köçürülür
01.02.2018 764 0.0 0

Misir prezidentinin dəftərxanası və hökumət il yarım ərzində yeni paytaxta köçürüləcək.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bunu məsələ ilə bağlı layihənin rəhbəri Əhməd Zəki Abdin bildirib.

Layihə rəhbərinin sözlərinə görə, yeni rayonda artıq tikinti işlərinə başlanılıb.

Ə.Z.Abdin deyib: "Hökumət idarələri 18 ay ərzində tədricən köçürüləcək, bu ilk növbədə prezident dəftərxanasına, Nazirlər Kabineti və ölkənin parlamentinə aiddir".
Qeyd edək ki, Misirin yeni inzibati paytaxtı Qahirədən 45 kilometr məsafədə səhrada salınır. Hökumətin və dövlət idarələrinin yerləşəcəyi şəhərin 2020-ci ilə qədər tam tikilməsi planlaşdırılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar