Misir ordusundan İŞİD-ə ağır zərbə
04.07.2015 682 0
Misirin güc strukturları üç gün ərzində Sinay yarımadasının şimalında 200-dən çox silahlı ekstremisti məhv edib.
RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, silahlılarla toqquşmalarda azı 17 hərbçi həlak olub.
Məlumata görə, özlərini “Sinay Vilayəti” adlandıran İŞİD-in yerli bölməsi iyulun 1-də Rəfah və Şeyx-Züveyd şəhərləri ətrafında Misir ordusunun blok-postlarına hücum edib.
“Son üç sutka ərzində Sinay yarımadasının şimalında məhv edilən terrorçuların sayı 205-ə çatıb”, Misir müdafiə nazirliyinin açıqlamasında bildirilir. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər