Misir OPEK+ razılaşmasına qoşulmayacağını bəyan edib
13.10.2017 616 0.0 0

Misir neft hasilatının həcminin azaldılmasına dair OPEK və təşkilata üzv olmayan bir neçə digər ölkələr arasında imzalanan razılaşmaya (OPEK+) qoşulmamağı planlaşdırır. “Blumberq”ə istinadən verilən xəbərə görə, bu barədə ölkənin baş naziri Şərif İsmayıl bildirib.  

 

“Misir OPEK+ sazişinə qoşulmayacaq, çünki ölkə demək olar ki, heç nə ixrac etmir, hasil edilən xammalın xeyli hissəsi yerli neft emalı zavodlarında istifadə olunur”, - deyə Şərif İsmayıl bildirib.      

 

“İxrac olunan həcm diqqətəlayiq deyil və bazarlara təsir etmir. Tədarük həcmlərinin  azaldılmasından danışılırsa, bu bir-iki mln. barel ixrac edən ölkələrə aid edilməlidir”, - deyə baş nazir qeyd edib.   

 

Qeyd edək ki, OPEK və neft hasil edən bir sıra ölkələr 2016-cı ilin sonlarında neft hasilatının 1,8 milyon barel azaldılması barədə razılığa gəliblər.  Razılaşma 6 ay üçün nəzərdə tutulub, daha sonra 2018-ci ilin martına qədər uzadılıb. Azərbaycan da bu razılaşmaya imza atıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar