Misir ehramları Rusiya, Fransa və Livanın bayraqları rəngində işıqlandırılıb
16.11.2015 455 0.0 0

Ötən axşam Misir ehramları Rusiya, Livan və Fransanın bayraqları rəngində işıqlandırılıb.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, son bir ay ərzində yüzlərlə vətəndaşını faciəvi şəkildə itirən üç dövlətə ehtiram əlaməti olaraq keçirilən bu aksiyanı şərh edən Misirin turizm naziri Xişam Zaazu bildirib ki, Misir xalqı Rusiya, Livan və Fransa vətəndaşları ilə həmrəydir.

Xatırladaq ki, Rusiya tarixində ən böyük təyyarə qəzası bu il oktyabrın 31-də baş verib. “Koqalımavia” şirkətinə məxsus A321 təyyarəsi Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olub. Onların hamısı həlak olub.

Noyabrın 13-də axşam Parisin müxtəlif rayonlarında terror aktları törədilib və 129-dan çox adam ölüb.

Livanın paytaxtı Beyrutun Bürc-əl-Barajne qəsəbəsində baş verən iki partlayış nəticəsində isə 40-dan çox insan həlak olub.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar