«Mirşahin Ərdoğanı istefaya çağırıb...» - MTRŞ
19.07.2016 2023 0.0 0

“Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsi baş verdikdən sonra ANS televiziyası hadisələrlə bağlı dəqiqləşdirilməmiş məlumatlar yaymaqla yanaşı, Azərbaycan dövlətinin hadisələrlə bağlı mövqeyi ilə ziddiyyət təşkil edən mövqe ortaya qoyub”.

Bunu açıqlamasında Mİlli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqarmlaşdırma və analitika şöbəsinin rəhbəri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, iyul ayının 16-da ANS dəqiqləşdirilməmiş məlumat yayaraq “Türkiyə prezidentinin devrildiyini” elan edib: “Nəzər nöqtəsi” verilişinin aparıcısı hadisələri şərh edərkən bildirib ki, hakim partiyanın daxilindəki gərginlik, xarici siyasətində buraxdığı səhvlər ortya çıxan nəticəni gözlənilən edib. Mirşahin Ağayev isə efirdən “Şəxsən mən Ərdoğanın yerində olsaydım, istefa verərdim” fikirlərini səsləndirib. Mirşahin Ağayev Türkiyə prezidentinin istefa verməsinin labüdlüyünü qeyd edib. Daha sonra bildirib ki, baş verən hadisələrə görə məsuliyyət dövlət başçısının üzərindədir. ANS televiziyası yayımladığı verilişlərdə Türkiyədə çevrlişə cəhd edənlərin xəyanətini işıqlandırmaq əvəzinə, Türkiyənin legitim hakimiyyətini baş verənlərdə günahkar çıxarmağa çalışıb və s.”

T.Dadaşov bildirib ki, ANS televiziyasının sərgilədiyi mövqe Azərbaycan ilə Türkiyə dövlətləri arasında mövcud olan ikitərəfli münasibətlərin korlanması təhlükəsi yaradıb: “Bundan başqa, hadisələr işıqlandırılarkən qəddarlıqla öldürülmüş insan cəsədləri nümayiş etdirilməklə də qanunvericiliyin tələbləri pozulub”.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin milli maraqlardan çıxış edən rəsmi mövqeyi açıqlandığı halda, ANS kanalının bu cür addımları bu kanalın redaktə siyasətində problemlərin olduğunu ortaya qoyur./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar