Mirşahin Ağayev MTRŞ-nı məhkəməyə verib
01.12.2015 507 0.0 0

“ANS” Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev Milli Televiziya və Radio Yayımları Şurasını (MTRŞ) məhkəməyə verib.

 

Məlumata görə, M. Ağayev şuranın 5 oktyabr 2015-ci il tarixli 09/4 saylı qərarının ləğv edilməsi barədə iddia ilə Səbail rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə həmin iddianı rədd edib. Bundan sonra M. Ağayev Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Hazırda məhkəmədə şikayətə baxılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar