Martın 14-də "Buta Palace"da Azərbaycan Millli Aviasiya Akademiyasının prezidenti, akademik Arif Paşayevin mərhum qardaşı Aqil Paşayevin oğlunun toy mərasimi keçirilib.
Qazeta.info "Qafqazinfo"-ya istinadla xəbər verir ki, "Pasha Holdinq"in tərkibinə daxil olan Paşa
Həyat Sığorta şirkətinin Direktorlar Şurasının sədri vəzifəsində çalışan
Mir Cəlal Paşayev Zülfiyyə adlı xanımla ailə həyatı qurub. Toy
mərasimində hakim ailənin üzvləri, eləcə də Azərbaycanın bir sıra dövlət
məmurları, ictimai-siyasi xadimləri iştirak ediblər. Toyda tanınmış estrada
müğənniləri çıxış ediblər.
Qeyd edək ki, Aqil Paşayev yazıçı Mir Cəlal Paşayevin kiçik oğludur.
Aqil Paşayev bir zamanlar "Mariott Abşeron " mehmanxanasının direktoru
olub, Parni iz Baku komandasının konsertlərinin əsas təşkilatçılarından
biri olub. O, bir neçə il öncə dünyasını dəyişib.
Xatırladaq ki, Mir Cəlal Paşayev məşhur yazıçı olan babası Mir Cəlal
Paşayevin adını daşıyır. O, Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın əmisi oğludur.