On beş il əvvəl Minskdə doğranaraq öldürülmüş beş azərbaycanlının açılmamış cinayət işi yenidən Belarus mətbuatında gündəmə gəlib.
Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, Partizan prospektində baş vermiş cinayətdə hətta beş yaşlı qıza rəhm edilməyib. İş məhkəməyə çıxarılsa da qatillər cəzalandırılmayıb.
Hadisə 2000-ci il martın 22-də Azərbaycan vətəndaşı Tərlan Əliyevin 1995-ci ildən kirayəyə götürdüyü mənzildə olub. “Alines” MMC-nin direktoru işləyən Tərlana axşam saat 19-da qəfil zəng gəlib və onu görüşə çağırıblar. Geri qayıdanda isə dəhşətli mənzərə ilə qarşılaşıb. Arvadı 1994-cü il təvəllüdlü İrina Ağayevanın, onun qardaşı 1968-ci il təvəllüdlü Şamil Ağayevin, 1962-ci il təvəllüdlü Elxan Nəsibovun, onun arvadı 1968-ci il təvəllüdlü Xatirə Nəsibovanın, onların qızı, 1995-ci il təvəllüdlü Leylanın meyitini tapıb. Qatillər yalnız Nəsibovların üç yaşlı qızı Nərgizə rəhm ediblər, yəni onu təhlükəsiz sayıblar. Onlar xüsusi amansızlıqlar öldürülür - başları kəsilib, ürəklərindən bıçaqlanıb və s. Tərlan Əliyev polisə müraciət edib. Amma məhkəmə nəticəsiz qalıb.
Tərlan Əliyev özü də bir neçə ay həbsdə qalıb. Onu saxta sənədlər satmaqda günahlandırıblar.