Minskdə Ukrayna münaqişəsi üzrə Minskdə "Normand dördlüyü" formatında keçirilən görüşün bəzi təfərrüatları məlum olub.
Məlumata görə, bu barədə "Der Spiegel" jurnalı yazır.
Bildirilir ki, fevralın 11-də və 12-nə keçən gecə səhərə qədər davam edən atəşkəs danışıqları zamanı Ukrayna prezidenti Pyotr Poroşenko rusiyalı həmkarına qarşı nəzakətsiz davranaraq "sən" deyə müraciət edib.
Münaqişəni müzakirə edərkən prezidentlər bir-birlərinin üstünə qışqırıblar:
"Prezidentlər bir-birlərinə "sən" deyə müraciət ediblər. Putin və Poroşenko mübahisə edərkən Fransua Olland, Angela Merkel sakit durublar. Amma mübahisənin böyüdüyünü görə, tərəflər onları sakitləşdirməyə çalışıb.
Fevralın 16-da isə “Normand dördlüyü” ölkələnin liderləri arasında telefon danışığı olub. Bu vaxt Putin və Poroşenko bir-birlərini söyüblər./anspress/