Mingəçevir şəhərindən YAP üzvlərindən olan “Vətən - A“ Məhdud Məsuliyyətili Cəmiyyətin təsisçisi Qasımov Azər Tofik oğlu Ölkə başçısı, bir sra qrumların rəhbəri və KİV-lərə məktub ünvanlayaraq rayon rəhbərliyi tərəfindən ona qarşı olan qanunsuzluqdan şikayətlənir.
“Vətən - A“ MMC-nin sahibi bildirir ki,Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramov tərəfindən ona edilən haqsızlığa dair ən agır hüquqi,psixoloji,mənəvi,sağlamlıq baxımdan ziyan çəkməklə yanaşı küllü miqdarda borca düşüb.
Bunan səbəb olan amil kimi bildirilir ki, Mingəçevir şəhərində 18 fevral 1991-ci il tarixli 52 saylı qərarı ilə ”VƏTƏN” kooperativinə su anbarı istismarı idarəsi nəzdindən çıxıb müstəqil fəaliyyət göstərməsinə icazə verilməsi, kooperativinin müstəqil fəaliyyət göstərməsi üçün Kür çayının sağ sahilində, Təcürbi–sınaq zavodunun yaxınlığındakı istifadəsiz yerdən 0,87 hektar torpaq sahəsi ayrılması qərara alınmışdır.
Şikayətdə qeyd olunur ki, "1995-cü ilə qədər həmin qərarla ayrılmış torpaq sahəsində ”VƏTƏN” kooperativi fəaliyyət göstərmişdir. 06 noyabr 2008-ci il tarixdə “Vətən” kooperativinin bazasında “VƏTƏN-A” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. 1993-cü ildə erməni qəsbkarlarının Qarabağı işğal etməsi nəticəsində Ağdam rayonundan məcburi köçkün düşmüş Quliyev Söhbət Daşdəmir oğlu və onun beş nəfər ailə üzvü “Vətən” kooperativinin ərazisində məskunlaşmışdır və hal-hazıradək həmin ərazidə yaşayırlar,hətta orada özləri üçün 2 mərtəbəli ev inşa etmişlər. Məcburi köçkünlərin həmin ərazidə məskunlaşması və qoyunçuluqla məşğul olmaları nəticəsində “Vətən” kooperativinin fəaliyyəti qeyri mümkün olmuşdur. Kooperativin sahəsində işə nəzarət edən şəxslə köçkünlər arasında yaranmış qısa müddətli narazılıq sonradan öz həllini tapmış və həmin sahədə qoyun və digər ev heyvanlarının örüşü məqsədi ilə istifadə edilməsinə maneçilik törədilməsi məqsədə uyğun hesab edilməmişdir. Belə ki,mən, YAP-in üzvü kimi daim Qaçqınlar və məcburi köçkünlərin problemləri ilə qüvvəm daxilində maraqlanmış və kooperativin sahəsindən istifadə edən bacı və qardaşlarımız üçün əlimdən gələn köməkliyi əsirgəməmişəm. Qaçqınlar və məcburi köçkünlər statusu haqqında AR qanunun 3-cü maddəsinə əsasən Qaçqın və yaxud məcburi köçkün statusu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminat verilir: Üç aydan gec olmayaraq yaşayış yeri ilə təmin olunanadək xüsusi ayrılmılş yerlərdə haqqı ödənilmədən yaşamaq və müvafiq dövlət orqanları tərəfindən onlara təklif olunmuş daimi yaşayış yeri seçmək. 2013-cü ilin noyabr ayında növbəti nəzarət məqsədi ilə kooperativin sahəsində olduğum zaman gördüm ki, yük maşınları ilə sahəyə torpaq daşınır. İşçılərin dediklərlərindən müəyyən etdim ki, istifadəmizdə olan torpaq sahəsi təsisçiliyimi və rəhbərliyimi nəzərə alınmayan ŞİH N.Bayramov qanunsuz olaraq digər şəxlərə verilmişdir. "
Daha sonra şikayətdə bildirilir ki, ŞİH-də ona məlumat verilib ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 01 noyabr 2013-çü il tarixli 143 saylı sərəncamı ilə “VƏTƏN” MMC-nin istifadə hüququna xitam verib. Sərəncamda qeyd edilib ki, “Ötən vaxt kəsiyində müəssisəyə ayrılmış torpaq sahəsindən istifadə etməmiş, həmin torpaq sahəsində heç-bir fəaliyyətlə məşğul olmamışdır.
Daha sonra şikayətçi A.Qasımov qeyd edir ki, "Güya bu barədə Torpaq və Xəritəçəkmə Komitəsinin şəhər şöbəsi tərəfindən müvafiq akt tərtib edilmiş, qanunvericiliyə uyğun tədbir görülməsi üçün şəhər İcra Hakimiyyətinə məlumat ünvanlanmışdır.Nəzərinizə çatdırıram ki akt mənim iştirakım olmadan və mənə xəbərdarlıq olmadan tərtib olunmuşdur. İstifadə hüququna xitam verilməsi üçün əsas kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 2 bəndinin birinci abzası ğötürülmüşdür. Nəticədə Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən tərtib edilmiş müvafiq aktın və qanunvericiliyə uyğun tədbir görülməsi üçün şəhər İcra Hakimiyyətinə göndərilmiş məktubun sürətlərini almaq üçün yazılı müracət etsəm də mənim sorğuma cavab verilməmiş, heç olmazsa aktı və məktubu belə mənə göstərməmişlər. Bu aktın məhkəmə baxışı ərəfəsində tez-tələsik saxtakarlığla tərtib olunduğunu sübut edir. Yazılı və şifahi soğularıma cavab ala bilmədiyim üçün Şəki İnzibati-İqtisad məhkəməsinə müraciət etməyə məcbur oldum və mənim iddiam tam təmin edildi.Məsələ burasındadır ki, adı gedən torpaq sahəsinə dair iddia ərizəm Şəki İnzibati-İqtisad məhkəməsinin icraatında olan vaxtdan hal-hazıradək orada tikinti işləri aparılır. Mən, Şəki İnzibati-İqtisad məhkəməsinə tikintinin dayandırılmasına dair ərizə ilə müraciət etdim və məhkəmə işin dayandırılmasına dair qərar da verdi.Lakin həmin sahədə iş bu gündə davam etməkdədir.Hər hansı bir iş məhkəmə icraatında olan dövrdə məhkəmə qərarı ilə həbs qoyularsa həmin sahədə aparılan əməliyyatlar qanunla qadağndır.Mingəçevir şəhər İcra Hakimiyyəti Şəki İnzibati-İqtisadi məhkəməsinin qərarından narazı qalaraq Şəki Apellyasiya Məhkəməsinə şikayət vermişdir.Öz apellyasiya şikayəti ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyəti bildirmişdir ki, sərəncamla “Vətən A” MMC-nin istifadəsində olan torpaq sahəsinin alınması onun səlahiyyətinə aiddir, lakin bununla bağlı heç bir hüquqi əsas gətirməmişdir.Mingəçevir şəhər İcra Hakimiyyəti Şəki Apellyasiya Məhkəməsinə açıq-aşkar müxtəlif vasitələrlə təsir etmək üçün yollar axtarmışdır və şikayətin təmin edilməsinə çalışaraq nəticədə olaraq AR Şəki Apellyasiya məhkəıməsinin hakimi Vidadi Qasımov 12.11.2014-cü il tarixli qərarı ilə AR Şəki İnzibati-İqtisadi məhkəməsinin 12.05.2014-cü il tarixli qərarını ləğv etmişdi. Hakim V.Qasımov məhkəmə iclasının əvvəlindən axırına qədər apellyasiya şikayətinin dəlilərini araşdırmaq əvəzinə mənə Mingəçevir şəhər İH-lə sövdalaşmağa təklif edirdi, bəzən bu az qala məcburetməyə bənzəyirdir."
Belə olan halda şikayətçi Mingəçevir sakini A.Qasımov öz Konstitusiyon hüquqlarının təmin olunması və vətəndaş kimi öz hüquqlarını müdafiə etmək üçün ölkənin yüksək səviyyəli məmurlarına,Prezidentinə yazılı müraciət edərək aşağıdakıları da diqqətə çatdırır.
"Belə hesab edirəm ki, aşağıda qeyd olunan səbəblərə görə məhkəmənin qərarları qanunsuz və əsassızdır :
1.Torpağın kimin mülkiyyətində olub-olmamasını ( hətta Torpaq və Hüquq şöbəsinin səlahiyyətli nümayəndələri bu məsələyə aydınlıq gətirə bilmədilər) hakimin tələbi üzrə təqdim edilən mübahisəli torpağın xəritəsi işə aydınlığ gətirmək əvəzinə inzibati işdə anlaşılmazlıq yaratdı və hakim tərəfindən bu fakta hüquqi qiymət verilmədi;
2.Sərəncamda mövcud olmayan hüquqi şəxs haqda verilən qərar hansısa səbəbdən hakim tərəfindən birmənalı şəkildə qəbul edildi (“Vətən-A “MMC Vətən kooperativinin hüquqi varisi olduğu nəzərə alınmadı );
3.Vətən kooperativinin fəaliyyət göstərmədiyi qərarın əsaslandırıcı hissəsinin biridir (halbuki inzibati işdə kooperativin 1995-ci ilin iyun ayına qədər fəaliyyəti ilə bağlı kifayət qədər rəsmi dövlət ortqanlarının təqdim etdiyi sübütlar vardır);
4.Mingəçevir şəhər İH “ Yerli İcra Hakimiyyətləri haqqında Əsasnaməyə” əsasən mülkiyyətçisi müəyyən olunmayan torpağla bağlı hansısa bir qərar vermək səlahiyyətinə malik olmaması, torpağı almağa səlahiyyəti olsa belə qanunvericiliyin tələblərinə uyğun olaraq bütün prosedur qaydalarına riayət edilməməsi hakim V.Qasımov tərəfindən nəzərə alınmamışdır;
5. Mingəçevir şəhər XDS İK-nin 18.02.1991-ci il tarixli, 52 saylı qərarında torpağın hansı qaydada icarəyə verilməsi qeyd edilməsədə, hakim öz subyektiv fikiri ilə elə nəticəyə gəlmişdir ki, torpağ kooperativə daimi istifadəyə verilib (bunun heç bir hüquqi əsası olmamışdır);
6. Mingəçevir ŞİH və hakim V.Qasımov belə hesab edir ki, kooperativ keçən müddət ərzində tam fəaliyyətsiz olmuşdur, MMC-nin illərlə dövlətə vergi ödədiyinə qiymət verilməmişdir;
7.Sərəncamın hüquqi əsasını təşkil edən Torpaq şöbəsi tərəfindən verilən aktın sonradan tərtib edildiyi hansısa səbəbdən heç araşdırlmadan saxlanılmışdır, halbuki Mingəçevir İH aktın qüvvədə olan qanunvericiliyin hallarına uyğun olaraq sərəncam verilənədək AKT-ın tərtib olunduğunu sübut edə bilməmişdir. Kooperativin, sonralar MMC-nin 22 il ərzində istifadəsində olan mübahisəli torpağın mənim tərəfimdən min bir əziyyətlə bataqlıqdan istifadəyə yararlı hala (bunun üçün nə qədər texnika, işçi qüvvəsindən və maliyyə vəsaitndən istifadə etmişəm) gətirilməsi nəzərə alınmamış, torpağın digər təsadüfi bir şəxsə hansı qaydada verilməsi faktı heç hakim V.Qasımovu maraqlandırmamışdır.
8. Hakim V.Qasımov bu qətnaməsi ilə “Vətən-A” MMC-nin hüquqi şəxs olduğunu nəzərə almamış və fəaliyyətini məhdudlaşdırmışdır.
9. Mingəçevir Şəhər İcra Hakimiyyətinə qüvvədə olan qanunvericiliyin
tələblərinə uyğun olaraq torpaq sahəsinin geri alınmasına və istifadə hüququna xitam verilməsi səlahiyyəti verilməmişdir. Belə ki. “Azərbaycan Respublikası Torpaq məcəlləsinin 103-cü maddəsi” haqqında AR Konstitutsiya Məhkəməsinin 27.07.2000-ci il tarixli qərarına əsasən torpqa sahələrinin verilməsi, geri alınması, onlara xitam verilməsi, habelə digər torpaqla bağlı yaranan mübahisələr həmin qərarın təsvir hissəsində AR Torpaq Məcəlləsinin 73 və 75–ci maddələrinin təhlili verilmişdir. Həmçinin AR Yerli İcra Hakimiyyəti haqqında əsasnamədədə Mingəçevir Şəhər İcra Hakimiyyətinədə torpq sahəsi üzərində xitam verilməsi nəzərdə tutulmamışdır. AR 25.06.1999-cu il tarixli qanunu ilə təsdiq edilmiş AR Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə AR 06.03.2000-ci il tarixli 291-saylı fərmanına əsasən AR Torpaq Məcəlləsinin 75-ci maddəsinin I hissənin səlahiyyətlərini yəni AR Torpaq Məcəlləsinin 73-cü maddəsinin I bəndinin 8-ci abzasının nəzərdə tutulmuş hallarda torpaq üzərində dövlət ehtiyatları üçün ayrılmış torpaq sahəsi üzərində səlahiyyətləri AR Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Beləliklə də I instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncama qarşı hüququ olmadığı düzgün qeyd olunmuşdur.
- . Belə səlahiyyət Mingəçevir şəhər İcra Hakimiyyətində olsa belə AR Torpaq məcəlləsinin 73-cü maddəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, həmin maddənin I bəndinin 8-ci abzasında nəzərdə tutulmuş müvəqqəti istifadəyə və icrayə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi Məhkəmə tərəfindən həyata keçirilir. 3-cü bəndə qeyd olunub ki, bu qayda tərəflərin razılığı ilə geri alındıqda tətbiq olunmur. Göründüyü kimi Mingəçevir şəhər İcra Hakimiyyəti bu torpqğı geri alanda mənim razılığımı almalı idi.Lakin İcra Hakimiyyəti tərəfindən məndən belə razılıq alınmamışdır, halbu ki, Apellyasiya şikayətində cavadeh qeyd etmişdir ki, guya 2013-cü ildə mən dəfələrlə xəbərdar edilmişdir.Məhkəməyə isə bununla bağlı heç bir sübut təqdim etməmişdir.Mingəçevir şəhər İcra Hakimiyyəti nəzərə almamışdır ki, AR torpaq Məcəlləsinin 75-ci maddəsinin 3-cü bəndinə əsasən həmin məcəllənin 7-ci abzasında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbardarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir.Belə xəbərdarlıqda 22 il ərzində kooperativə daxil olmamışdır.
11. Məhkəmələr tərəfindən tətbiqi təcürbəsini bəzi məsələləri haqqında 2 saylı qərarın 8-ci bəndinə əsasən mülkiyyətdə, istifadədə və icarədə olan torpaqların geri alınması müvafiq İcra Hakimiyyəti Orqanının və ya Bələdiyyənin vəsatəti əsasında yalnız məhkəmənin qətnaməsi ilə həyata keçirilir.Həmin qərarın 3-cü hissəsində qeyd olunur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir.Mingəçevir şəhər İcra Hakimiyyəti hələdə müəyyənləşdirə bilməmişdir ki, bu torpağın məqsədli təyinatı nədir və torpaq üzərində mülkiyyətçi kimdir? Torpağın Bələdiyyə fonduna daxil olması və yaxud Dövlət fonduna daxil olması aydınlaşdırılmamışdır.
12. İcra Hakimiyyətinin sərəncamı ilə torpaq başqa şəxsə istifadəyə verilmişdir.
Lakin I istansiya məhkəməsində Mingəçevir şəhər İcra Hakimiyyəti bilərəkdən
bu faktı gizlətmişdir.Məhkəmə prosesi xeyli müddət getdiyinə baxmayaraq,
İcra Hakimiyyəti bu müddət ərzində yəni məhkəmənin sərəncam verdiyi
tarixdə, hazırlıq iclasında və Mingəçevir şəhər Torpaq şöbəsini maraqlı şəxs
qismində cəlb etdiyi müddətdə yeni sərəncamı, Mingəçevir İH ünvanladığı
29.04.2013-cü il tarixli xidməti məktubu məhkəməyə təqdim etməmişdir.
13.Məhkəmənin qeyri-obyektiv, açıq-açığına inzibati işi Mingəçevir ŞİH xeyrinə aparması mənim qərar elan edilməmişdən əvvəl 10.11.2014-cü il tarixdə “hipertoniz kriz” simptomu ilə Mingəçevir şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası tərəfindən tibbi yardım göstərilməsinə gətirib çıxarmışdı. Odur ki, mən 11.11.2014-cü il tarixdə teleqramla üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyimi bildirərək, işin təxirə salınmağını xahiş etdim və nəticədə məlum oldu ki, hakim V. Qasımov teleqrama məhəl qoymamışdır.
14.Hal-hazırda Mingəçevir ŞİH-nin bir-sıra məmurları tərəfindən Mingəçevir Başçısı ilə mübahisə etməməyimə, AR Ali məhkəməyə şikayətin heç bir müsbət nəticə verməyəcəyinə dair təzyiqlər göstərilsə də, mən ümüd edirəm ki,hüquqi bir dövlətdə yaşayıram, dövlətin tam hüquqlu vətəndaşı kimi qanun qarşısında hər bir kəsin bərabər hüquq və vəzifələrinin olmasına inanaraq AR Şəki Apellyasiya məhkəməsinin hakimi V. Qasımovun 12.11.2014-cü il tarixli qərarından AR Ali Məhkəməsinə kassasiya şikayətim üzrə AR Ali Məhkəməsinin 18.02.2015-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəıməsinin 12.11.2014-cü il tarixli qərarı qüvvədə qalmışdır. Qərarda mənim güya 1993-cü ilə qədər işlədiyimi sübut edən faktlar olmadıqı qeyd olunmuşdur,halbuki işdə DSMF və verginin bu haqda rəsmi sənədləri var.
Mən Niyazi Bayramovun qanunsuz hərəkətlərinin qarşısını ala bilmədiyim üçün Avropa Məhkəməsində öz pozulmuş hüquqların bərpasına, Prezident sərəncamından sui-istifadə edənlərin,vəzifəli şəxslərin qanunsuz əməllərinə və səhhətimə vurulmuş ziyana dair müraciət etmək məcburiyyətində qaldım.
Odur ki,yuxarıda qeyd olunanları istinad tutaraq,ğöstərdiyimiz halları nəzərə alaraq aidiyyatı üzrə pozulmuş hüquqlarımın bərpasına və qanundan sui-istifadə edənləri cəzalandırılmasını Sizdən xahiş edirəm." deyə başda prezident İlham Əliyev və KİV-olmaqla diğər aidiyyatı nazirlərə ünvanlanan məktubda bildirilib.