Min ildən sonra xristian dünyasında ilk
13.02.2016 466 0.0 0

Kubada səfərdə olan Roma papası Fransisk ilə Rusiya ortodoks kilsəsinin patriarxı Kirill həmrəylik çağırışları ediblər. Məlumata görə, təfərlər ötən gün Kubanın paytaxtı Havanada görüşüblər.

Görüş tarixi əhəmiyyət kəsb edir. XI əsrdə xristianlıq dini qərb və şərq qollarına ayrıldıqdan sonra hər iki tərəfin ali təmsilçiləri ilk dəfədir ki, bir araya gəlirlər.

Hava limanında baş tutan görüş xeyli səmimi olub. Tərəflər mətbuata qapalı şəkildə danışıqlar aparıblar.

Daha sonra hər iki dini lider birgə bəyanatla beynəlxalq ictimaiyyəti Yaxın Şərq və Şimali Afrikada təqib olunan xristianları müdafiə etməyə səsləyiblər.

“Ümid edirik ki, görüşümüz bu birliyin yenidən bərpa olunmasına öz töhfələrini verəcək. Tanrı da bunu istəyir”, – deyə birgə bəyanatda səsləndirilib.

Patriarx Kirill üçün bu görüş ilin sonunda bütün Pravoslav kilsələrinin konqresi ərəfəsində Rusiyanın Pravoslav dünyasındakı yerini möhkəmlətməsi üçün əla fürsət hesab edilir. 

Patriarx Kirill Latın Amerikası turu çərçivəsində daha sonra Braziliya və Paraqvaya səfər edəcək. Papanın isə növbəti dayanacağı Meksika olacaq./anspress/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar