Milyarder ər və xanımının ölüm səbəbi bəlli olub
18.12.2017 1232 0.0 0

Toronto polisi kanadalı milyarder Barri Şermanın və onun həyat yoldaşı Xaninin kəndirlə boğaraq öldürüldüyünü müəyyənləşdirib. 

 

APA-nın RİA Novosti-yəistinadən verdiyi xəbərə görə,  keçirilmiş məhkəmə-tibbi ekspertiza ölüm səbəbinin boğulma olduğunu üzə çıxarıb. 

 

Qeyd edək ki, dekabrın 16-da  "Apotex" əczaçı şirkətinin sahibi milyarder Barri Şerman və onun həyat yoldaşı Xani Şerman  Torontodakı evlərində ölü tapılıblar. 

 

 "Canadian Business" dərgisi bundan əvvəl B.Şermanı Kanadanın ən zəngin sakinlərinin siyahısına daxil edib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar