Səudiyyəli milyarder öz şəxsi avtoparkı ilə Londona istirahətə gəlib. Məlumata görə, onun avtomobillərinin dəyəri 1,4 milyon dolları ötür.
Milyarder İngiltərə paytaxtına qızılla örtülmüş "Mersedes", "Bentli", "Lamborgini" və "Rolls-Roys" maşınlarını gətirib.
Maşınlar Londonun əsasən varlılar yaşayan Kensinqton rayonunda görünüb. Daha əvvəl onlar beş ulduzlu "Mandarin oriental" mehmanxanasının qarşısında yerləşdirilmişdi.
“Daily Mail” səudiyyəli milyarderin superkarların yeni mövsümünün açılışına gəldiyini qeyd edib. Bu dövrdə varlı ərəblər Yaxın Şərqdə olan isti havadan qaçaraq öz bahalı avtomobilləri ilə Britaniya paytaxtına üz tuturlar.
Ərəb milyarderin maşınları
Bu son illər boyunca daha çox müşahidə olunur. Son dövrlər Küveyt, Səudiyyə Ərəbistanı və Əmirliklərdən olan varlıların öz bahalı maşınlarıyla Londona gəlməsi çoxalıb.
Artıq London şəhəri bahalı maşınların məkanına çevrilib. Londonda bütün dünyadan olan varlılar yaşayır. Əsasən də ərəb şeyxlərinin istirahət üçün ən sevimli yerlərdən biri də İngiltərə paytaxtıdır.
Ərəb şeyxləri Böyük Britaniyaya həftə sonu daha çox gəlir. Şərqdən gələn milyonçular özüylə bahalı maşınlarını da mütləq gətirirlər və onda şəhərin küçələri bahalı idman avtomobillərinin əsl paradına çevrilir.
Yerli sürücülər belə bahalı avtomobil sahiblərinin təyin olunmamış yerdə parkinq etdiyinə görə daim hakimiyyət orqanlarına şikayət edirlər. Bəzən bahalı avtomobillər dar London küçələrində hərəkəti məhdudlaşdırır./anspress/