Millimizdən biabırçı nəticə - Lixtenşteynə uduzdu
07.06.2019 951 0.0 0

Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Məlumata görə, “ Sportpark Eşen-Mauren" stadionunda keçirilən görüş yığmamızın məğlubiyyəti ilə yekunlaşıb. Komandamız 9-cu dəqiqədə buraxılan qolla Avropanın ən zəiflərindən hesab olunan rəqibinə uduzub.

Avropa çempionatı, seçmə mərhələ - 6 iyun 21:00

Lixteynşteyn (U-21) – Azərbaycan (U-21) - 1:0

Baş hakim: Tim Marşal (Şimali İrlandiya)

Qeyd edək ki, bu, Lixtenşteyn U-21 millisinin tarixində ilk qələbəsi olub. Sözügedən komanda əvvəlki 61 rəsmi oyununda nəinki qalibiyyət üzü görməmişdi, heç xal da qazana bilməmişdi./Qafqazinfo.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar