Milli Televiziya və Radio Şurası toplantı çağırdı-ANS-lə bağlı
23.01.2016 518 0.0 0

Qazeta.info Milli Televiziya və Radio Şurasının (MTRŞ) məlumatına əsasən bildirir ki, 23 yanvar 2016-cı il tarixdə saat 12:00-da Milli Televiziya və Radio Şurasının inzibati binasında (Nizami küçəsi, 145) ANS tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı mətbuat konfransı keçiriləcəkdir.

Məlumata görə, mətbuat konfransına bütün kütləvi informasiya vasitələrinin nümayəndələri dəvətlidirlər.

Xatırladaq ki, MRTŞ-nın ötən günkü iclasında “ANS” televiziyasının efirində Mir Şahin Ağayevin təqdimatı ilə yayımlanan verlişdə bəzi nöqsanlar aşkarladığını elan edərək ,  “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırmışdır.

Qazeta.info bildirir ki, məlum qərardan sonra, Mətbuat konfransı təşkil edən Mir Şahin Ağayev  MTRŞ-nı ANS-ə qarşı qərəzli mövqe tutduğunu bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar