Milli Şura mitinqi təxirə salıb
21.04.2017 869 0
Milli Şuranın aprelin 22-nə təyin olunmuş mitinqi təxirə salınıb.
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) APA-ya verilən məlumata görə, AXCP Gənclər Təşkilatının sədri İlham Hüseyn BŞİH-ə müraciət edərək aksiyanın keçirilməyəcəyini bildirib.
Qeyd edək ki, Milli Şura aprelin 22-də keçmiş "Məhsul" stadionunda mitinq keçirilməsinə razılıq verilməsi üçün bir neçə gün əvvəl BŞİH-ə müraciət edib. BŞİH aprelin 19-da müraciəti cavablandıraraq, aksiyanın keçirilməsinə razılıq verib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər