Bakıda Milli Şura tərəfindən qiymət artımına etiraz aksiyası keçirilir.
Virtualaz.org-a istinadən verilən məlumata görə, Cəmil Həsənli çıxışını manatdan və sosial problemlərdən daha çox öz facebook profilinə müdaxilə üzərində qurdu. Bunu pislədi.
Sonra bazarlardakı qiymətlərindən danışıb. Bananın bahalığından gileylənib. Ən diqqətçəkən məqam o idi ki, C.Həsənli bananın qiymətindən danışanda Ə.Kərimli qəfildən gülümsəyib.
Cəmil Həsənlidən əvvəl AXCP sədrinin müavini Fuad Qəhrəmanlı çıxış edib. O da digər Milli Şura üzvləri kimi manatın devalvasiyasından danışıb. Yürüdülən iqtisadi siyasətin yanlış olduğunu deyir, mağazalarda qiymətlərin artmasından söz açır.
Gültəkin Hacıbəyli də tribunadadır.
“Talana son!” şüarı altında keçirilən mitinq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb. Mitinq saat 15:00-da keçmiş “Məhsul” stadionunda (“İnşaatçılar” metronun yanında) başlayıb. Bakıda qiymətlərin bahalaşmasına, rüşvət və korrupsiyaya qarşı etiraz aksiyası keçirilir. /anspress/