Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 17-də mitinq keçirməsi ilə bağlı müraciətə cavab verib.
BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov bildirib ki, meriya aksiyanın martın 17-də keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.
AXCP Gənclər Təşkilatının sədri İlham Hüseyn isə APA-ya martın 17-də mitinq keçirməyəcəklərini bildirib: "Biz martın 10-na mitinq təyin edəndən sonra Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Ancaq iki gün sonra əgər martın 10-na razılıq verilməzsə, hər ehtimala 17-si üçün də müraciət etdik. Martın 10-na razılıq verildiyi üçün artıq 17-si mitinq keçirməyəcəyik".
Qeyd edək ki, Milli Şura martın 17-də keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət edib./apa/