15.01.2018-ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı Batalyon komandiri şəhid mayor Elman Hüseynovun şəhid olmasının 25-ci il dönümü Tərtər rayonunda qəhrəmanın adını daşıyan küçədə ucaldılmış büstü önündə, Tərtər rayon içtimayətinin, Qarabağ müharibəsi veteranlarının, Rayon İcra Hakimiyyətinin qəhrəmanın ailə üzvülərinin iştirakı ilə anım tədbiri keçirilmişdir.
Qazeta.info xəbər verir ki, Tədbirdə iştirak edənlərdən Elman Hüseynovun döyüş yoldaşları Qarabağ qazisi Sulidin Yusifov, Ehtiyatda olan Mayor Pənah Məmmədov, Baş leytenant Eldəniz Ibadov və Tərtər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Emin Umudov Milli Qəhraman Elman Hüseynovun döyüş yollarından və Qəhrəmanlığından geniş surətdə cıxış etdilər.
Ehtiyatda olan Mayor Pənah Məmmədov cıxışı zamanı, Ali Baş komandan İlham Əliyevin əmri əsasında,əgər döyüş başlayarsa Tərtər oğullarının hər zaman döyüşə hazır olduqlarını vurğulamışdır.
Tədbirin sonunda Milli Qəhrəmanın oğlu Emin Hüseyinli cıxış edərək,diqqət və ehtirama görə tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirmişdir.