Milli Qəhrəmanın xatirəsi Ağcabədidə anılıb- FOTO
04.01.2018 731 0.0 0

Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun xatirəsi onun adını daşıyan Ağcabədi rayonu Hindarx qəsəbə tam orta məktəbində anılıb. 

 

Məlumata görə, mərasimdə  Milli qəhrəman Etibar İsmayılovun ailə üzvləri, müəllimləri, döyüş dostları və rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları Milli Qəhrəmanın büstü önündə xatirəsini yad ediblər.  

 

Anım mərasimində şəhidin qəhrəmanlıqla dolu döyüş yolundan danışılıb. Tədbirdə məktəblilərin ifasında kompozisiya göstərilib. Məktəbdə yaradılan fəxri guşə ilə tanış olduqdan sonra Milli qəhrəmanın döyüş yoldaşlarının dəfn olunduğu şəhidlər xiyabanı ziyarət edilib.

 

Qeyd edək ki,  Etibar Bəylər oğlu İsmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. 1990-cı ildə könüllü olaraq müdafiə batalyonlarından birində Qarabağ müharibəsində bir sıra döyüşlərdə igidliklər göstərib. 1994-cü il yanvarın 4-də Xocavənd rayonunun Nərgiztəpə və Ceyil yüksəkliyi istiqamətindəki əməliyyat onun son döyüşü olub. Mühasirəyə düşən dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbara ilə özünü düşmən tankının altına atıb. Bundan sonra döyüşçü yoldaşları mühasirəni yarıb xilas olub.

 

Ümummilli lider Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. /apa/

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar