Milli mətbuatın yaradılmasının 140 illiyi münasibəti ilə regional konfrans keçirilib
01.07.2015 566 0.0 0

Bu gün Zərdabda milli mətbuatın yaradılmasının 140 illiyi münasibəti ilə regional konfrans keçirilib.

 

Məlumata görə, konfransda 16 rayonun icra hakimiyyətinin nümayəndələri, həmin rayonlarda fəaliyyət göstərən qəzetlərin redaktorları, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev, Mətbuat Şurası İdarə Heyətinin üzvü, BDU-nun jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, millət vəkili  Jalə Əliyeva, qəzet redaktorları, mətbuat nümayəndələri və rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev iştirak edib.

 

Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət ediblər, sonra isə milli mətbuatın banisi Həsən bəy Zərdabinin ev muzeyinə baş çəkiblər. 

 

Heydər Əliyev mərkəzində keçirilən konfransda çıxış edənlər  Həsən bəy Zərdabinin həyat və fəaliyyətindən danışıblar.  Prezident Administrasiyanın rəsmisi dövlət başçısının imzaladığı  Zərdabi muzeyinin əsaslı təmiri və eksponatlara zənginləşdirilməsi məqsədilə 300 min manat vəsaitin ayrılması barəsindəki sərəncamının zərdablılar tərəfindən böyük minnətdarlıqla qarşılandığını  diqqətə çatdırıb.

 

Xalqımızın  milli şüurunun oyanmasında, milli biliyin formalaşmasında misilsiz xidmətlər  göstərən  Həsən bəy Zərdabi 1975 ci il iyulun 22 –də “ Əkinçi ” qəzetini çap etdirib. Cəmi 56 nömrəsi işıq üzü görən “Əkinçi” qəzeti həm də dövrün mütərəqqi ideyalarının, maarifçiliyin təbliğatçısı və carçısı olub. 

 

Daha sonra çıxış edənlər  hal – hazırkı şəraitdə  Milli Mətbuatın maddi texniki bazasının, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi və jurnalistlərin azad fəaliyyəti üçün  əlverişli şəraitin yaradılmasından söz açıblar.

 

Regional konfransda Mətbuat Şurası İdarə Heyətinin üzvü, BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev “Azərbaycan milli mətbuatı 140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda məruzə edib, milli mətbuatımızın keçdiyi tarixi yola nəzər salıb, müasir jurnalistikanın, region mətbuatının qarşısında duran vəzifələrdən danışıb.

 

Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatı Jalə əliyeva bu gün milli mətbuata, jurnalistlərə göstərilən dövlət qayğısından bəhs ediblər.

 

Sonra konfrans işini məruzə və çıxışlar ətrafında müzakirələrlə davam etdirib.

Yerli qəzetlərin redaktorları region mətbuatının bugünkü durumundan, son dövrlərdə bu sahədəki inkişafdan danışdılar.

 

Sonra tədbir Kür şadlıq sarayında konsert proqramı ilə davam etdirilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar