Bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində ilk plenar iclas başlayıb.
Məlumata görə, sessiya dövlət himninin oxunması ilə açılıb.
Sessiyanı spiker Oqtay Əsədov açaraq yaz sessyiasında hökumətin hesabatının dinləniləcəyini də bildirib: “Əminəm ki, bu sessiyaya uğurla başlayacaq”.
İlk plenar iclasın gündəliyinə Milli Məclisi İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi barədə məsələlər, yaz sessiyasının qanunvericilik işləri planı, “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” və “Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında” sazişlərin təsdiq edilməsi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, “Hərbi xidmət keçmə haqqında Əsasnamə”də, “İnformasiya əldə etmək haqqında”, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “Mühasibat uçotu haqqında”, “Reklam haqqında”, “Qrant haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Aviasiya haqqında”, Gömrük Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Dövlət rüsumu haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında qanun layihələri daxil edilib./apa/