Milli Məclisin üzvü NATO PA-nın sessiyasında iştirak edəcək
07.10.2015 599 0
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının 61-ci illik sessiyasında iştirak etmək üçün oktyabrın 8-də Norveç Krallığına səfər edəcək.
Milli Məclisdən verilən məlumata görə, Stavanger şəhərində keçiriləcək tədbirdə regional əməkdaşlığın genişləndirilməsi, dünyanın bir sıra bölgələrində yaranmış münaqişə ocaqlarının aradan qaldırılması yolları, terrorizmlə mübarizə və digər aktual məsələlər ətrafında müzakirələr aparılacaq.
Deputat müzakirələrdə çıxış edərək, gündəlikdə duran məsələlər barədə öz fikirlərini səsləndirəcək.
Səfər oktyabrın 12-də başa çatacaq./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər