Milli Məclisin növbəti plenar iclası başlayıb
06.05.2016 522 0.0 0

Bu gün Milli Məclisin növbəti plenar iclası başlayıb.
 
Məlumata görə, iclasın gündəliyində 16 məsələ var.
 
Gündəliyə Ali Məhkəmə hakimlərinin təyin edilməsi, Rəşadət Ağayevin Şirvan apellyasiya məhkəməsinin hakimi təyin edilməsi haqqında qərar layihələri, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında” sazişin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında” Protokolun təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” sazişin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” sazişin təsdiq edilməsi barədə”, Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”, Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”, “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında”,”İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihələri daxil edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar