Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başlayıb
14.06.2016 610 0.0 0

 Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başlayıb.
Məlumata görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib.
İclasın gündəliyinə 28 məsələnin müzakirəsi daxil edilib.
İclasda Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, “Kənd təsərrüfatı kooperasiyası haqqında” və “Elm haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirə olunacaq. Bundan başqa, iclasda bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsini nəzərdə tutan “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik edilməsi də deputatların müzakirəsinə çıxarılacaq.
Həmçinin, “Hərbi qulluqçuların statusu haqqında” qanuna, Miqrasiya, Vergi, İnzibati Xətalar, Mülki Prosessual Məcəllələrinə, o cümlədən bir sıra qanunlara dəyişikliklər edilməsi gündəliyə salınıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar