Milli Məclisin iclasına bir qrup uşaq qatılıb
31.05.2016 503 0
1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi günü ilə əlaqədar Milli Məclisin bu gün keçirilən iclasına bir qrup uşaq qatılıb.
Məlumata görə, 20-yə qədər uşaq iclası izləyib. Spiker Oqtay Əsədov uşaqları təbrik edərək onların iclası sakit izləməsini deputatlara nümunə kimi göstərib: “Görün, necə də sakit və mədəni şəkildə oturub dinləyirlər. İnanıram ki, gələcəkdə onların arasında Milli Məclisdə təmsil olunan nümunəvi deputatlar çıxacaq”.
Uşaqlar öz növbəsində spikerə təşəkkür edərək iclas zalını tərk ediblər./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər