Bu gün Milli Məclisin plenar iclasında 2016-cı il üçün büdcə zərfinin müzakirəsi davam etdirilir.
Məlumata görə, büdcə zərfinə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanunu, Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetaları daxildir.
Bundan başqa, iclasda "Dövlət rüsumu haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Müflisləşmə və iflas haqqında", "Banklar haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunlara dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunacaq./apa/