Milli Məclis sədri Latviyaya səfər edəcək
13.02.2017 791 0.0 0

“Ötən il Latviya parlamentinin spikeri Azərbaycana səfər edib. Bu il isə Azərbaycan Milli Məclis sədrinin Latviyaya səfəri gözlənilir”.
 
Məlumata görə, bunu Latviya xarici işlər naziri Edqars Rinkeviçs azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən brifinqdə deyib.
 
Yaxın vaxtlarda Latviya ilə Azərbaycan arasında təhsil sahəsində sazişin imzalanacağına ümid etdiyini bildirən nazir qeyd edib ki, hazırda Latviyada 100 azərbaycanlı tələbə təhsil alır: “Bu rəqəmi artırmaq şansı var. Biz turizm sahəsində müzakirələr aparmışıq. Lakin bunun üçün birbaşa aviareysin olması çox vacibdir”./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar