Milli Məclis bəzi qanunlara dəyişiklik edib
30.12.2016 475 0
Milli Məclisin payız sessiyasının son plenar iclasında bir sıra qanunlara dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Məlumata görə, müzakirəyə çıxarılan "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Nəşriyyat işi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında","Lotereyalar haqqında" və "Təhsil haqqında" qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələrində dəyişiklik texniki xarakterlidir və 2015-ci il martın 15-də qəbul edilmiş “Reklam haqqında” qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.
Qanun layihələri səsə qoyularaq qəbul edilib. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər