Millət vəkilindən ölüm hökmünün bərpası tələbi
30.05.2015 820 0.0 0

İllərdir tələb edirəm ki, uşaqların və hamilə qadınların qəsdən öldürülməsinə görə ölüm hökmü bərpa olunmalıdır. 

Məlumata görə, bunu millət vəkili Fazil Mustafa bir neçə gün əvvəl Bakının Pirallahı qəsəbəsində zorlanaraq öldürülən 5 yaşlı qızın faciəsinə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, ancaq rəsmi qurumlar Avropa Şurası qarşısında öhdəliyi bəhanə edərək bu məsələdə bir qəti qərar vermək istəmirlər.

"Budur, Pirallahıda 5 yaşlı qıza təcavüz edərək öldürən 32 yaşlı qatilin indi cəzası nə olmalıdır? Bu məxluqun yaşamasının bir mənası qalırmı? Ömürlük həbs etsinlər və hər gün büdcədən qida da ayıraq ki, mədəsini doldursun, bunun zərərçəkmiş tərəf üçün hansı təsəllisi ola bilər ki?.. 5 yaşlı qızı, o mələk cocuğu bir sərxoşdan, bir manyakdan qoruya bilməyən bir cəmiyyətik, həqiqətən utancvericidir. Bir də verilən cavab bizim cəmiyyətdə əksər kriminal əməl daşıyıcalarına xarakterik cavabdır: İçkili idim maşınla adamı vurdum, içkili idi maşın vurdu, içkili idim bıçaqladım, güllələdim, qumbara atdım, içmişdim və çəkmişdim gedib evi yandırdım. Canınız çıxsın içməyin, çəkməyin! Nəticəsini ki, görürsünüz. Çevrədə sərxoşluğun və narkomanlığın necə tüğyan etdiyini, stimullaşdırıldığını görürsən, gələcəyimizin qaranlıq mənzərəsini daha dəqiq təsəvvür edirsən. Ailələrin görünməyən faciəsi əksər hallarda bu amillə bağlıdır. 5 yaşlı qız övladını qoruya bilməmənin günahını hamımız daşıyırıq", - deyə Fazil Musafa bildirib.

Qeyd edək ki, mayın 28-də Pirallahı rayonunda itkin düşmüş 5 yaşlı qızın meyiti tapılıb. Onun meyiti elə yaşadığı məhlədən, qonşularının həyətində aşkarlanıb. Qızın elə həmin həyətdə yaşayan qonşusu 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç tərəfindən qətlə yetirildiyi bildirilib. 5 yaşlı uşaqğın zorlandığı məlum olub.

Çernov Viktoroviçi polis yaxalayıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar