"Ağır hadisədir, hüququn yerinə fiziki güclə məsələni çözürlər. Bir statusa görə jurnalisti öldürmək, bir xoşa gəlməyən cavaba görə dostunu, qadını, ərini, yaxınlarını, çevrədəki insanları qətlə yetirməyin ənənəyə çevrildiyi bir cəmiyyətin gəlib çıxdığı real nəticədir".
Məlumata görə, millət vəkili Fazil Mustafa Facebook səhifəsində jurnalist Rasim Əliyaevin döyülərək öldürülməsinə münasibət bildirib.
Öldürülən jurnalistin yaxınlarına başsağlığı verən millət vəkili bildirib ki, bu hadisə ilə əlaqədar başqa bir neçə detala soyuqqanlı diqqət yetirməliyik: "Ölkəni xaricdə təmsil edən əksər futbolçular kimi, bu futbolçunun da təhsili və dünyagörüşü aşağıdı, bunu da yanlış jestlərlə, jurnalistlərin suallarına cavablarla biruzə verir. Kiprli jurnalist soruşur ki, niyə türk bayrağını qaldırdın, cavab verir ki, "türklər mənim dostumdur!" "Biz də türkük!" demək nə qədər ciddi hazırlıq tələb edir?
Mərhum jurnalistin peşə hazırlığı yetərli deyildi, birbaşa gənc futbolçunu əxlaqsız və tərbiyəsiz adlandırır, halbuki dilin imkanları yetərincədir ki, söyləmək istədiyi ən sərt fikri belə daha mədəni üslubda və dolayı formada ifadə etsin. Futbolçunun bu hadisəyə qarışan qohumlarının təəssübkeşlik duyğusu da insan həyatına sayğıdan xeyli yuxarıdadır.
Ən acınacaqlısı isə ədalətin məhkəmə yolu ilə bərpa olunmasına inamın gündəmdən çıxmasıdır ve insanlar öz "qanunları ilə" bir-birini susdurmağa cəhd edirlər. Qısacası, bu aqressivliyin azalmasını, insanların hüquqa, bir-birinin haqqına hörmət etməsini istədiyimiz cəmiyyətdə futbolçusu da, jurnalisti də, siyasətçisi də, sahibkari da, polisi də, müəllimi də, oğrusu da, müğənnisi də lazımi təhsil almalıdır, sağlam dünyagörüşə sahib olmalıdır.
Unutmayaq ki, ötən aylarda bir müğənni də apardığı "razborka"nı rahatlıqla videoya qoymuşdu, məmur-sahibkar övladları yol polisi hansı səviyyədə təhqir etmişdi. Hüquq ədalətli şəkildə insanlara toxunmayanda, insanlar bir-birinin hüququna bu kimi aqressiv formalarda toxunacaqlar. Yani hər kəs öz imtiyazı səviyəsində hüququn üzərinə çıxanda hüququn beli bükülmüş qalacaqdır. Linç etməklə problem çözülmür, bundan sonrakıları tərbiyələndirmək və hər kəsin ən azı özünə hörmət qazanmaq səviyyəsində tərbiyə sahibi olmasına ehtiyac var".
Millət vəkili Fazil Mustafanın Facebookdakı qeydi
Avqustun 9-da döyülən jurnalist Rasim Əliyev müalicə aldığı xəstəxanada dünyasını dəyişib. "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü iddia edən jurnalist səhər saatlarında həyatını itirib.
Futbolçunun qohumları tərəfindən döyülərək ağır bədən xəsarəti aldığını deyən jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilmişdi. Jurnalistin ölüm xəbərini təsdiqləyən Klinik Tibbi Mərkəzdən bildirilib ki, xəstə daxili qanaxma nəticəsində dünyasını dəyişib.
16 avqust 1984-ci ildə dünyaya gələn Rasim Əliyev Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) keçmiş əməkdaşı idi.
Mərhum onu döyənlərin futbolçu Cavid Hüseynovun qohumları olduğunu iddia edirdi. Buna səbəb kimi “Facebook” sosial şəbəkəsində C. Hüseynovla bağlı yazdıqlarını göstərib.
Jurnalist Rasim Əliyevin "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülməsi məlumatını ilk olaraq həmkarı jurnalist İlqar Vəliyev özünün Facebook səhifəsində məlumat yayıb. Onun yazmışdı ki, 1 saylı Şəhər Klinik Xəstəxanaya (keçmiş Semaşko) yerləşdirilən ANN TV-nin əməkdaşı Rasim Əliyev ağır xəsarətlər alıb, qabırğalarını sındırıblar və onun sol qulağı eşitmir.
Rasim Əliyev avqustun 9-da günorta saatlarında Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu jurnalist Rasim Əliyevin ölümü bağlı məlumat yayıb.
Artıq jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbslər də başlayıb.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, prosesdə əsas iştirakçı kimi adı keçən futbolçunun bibisi oğlu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Digər şəxslərin isə yeri müəyyənləşdirilib və yaxın saatlarda onların da saxlanılması istiqamətində tədbirlər görüləcək.
Rasim Əliyev dəfn edilib
Jurnalistin döyülməsi ilə bağlı Cavid Hüseynov da danışıb: ""Facebook"da kiprli jurnalistin mәnә ünvanladığı suala verdiyim cavabı qeyri-etik jest kimi bir nәfәr paylaşmışdı. Mәn orda iki yumruğumu bir-birinә vurmuşdum. Amma o yazmışdı ki, guya mәn bir әli açıq şәkildә o biri әlimdә yumruğuma vurub әdәbsiz cavab vermişәm. Bu, belә deyil.
Mәn dә onu gördüm vә hәmin adama zәng vurdum . Dedim ki, mәnә tәrbiyәsiz deyirsәnsә, gәl mәnim mәktәbimdәn, yaşadığım yerdәn tәrbiyәmi öyrәn. Gör necә adamam. Mәhəllәdә hәr yerdә ailәmә qarşı münasibәti gör. Biz 3 uşaq olmuşuq vә özümüzü necә aparmışıq gәl gör. Mәdәniyyәtimizi dә özün görәrsәn. Anam "astanovka"dan evә gәlәndә uşaqlar onu necә sevinclә qarşılayır. O jurnalistә hәr şeyi olduğu kimi danışdım..."
Cavid Hüseynovun sözlərinə görə, futbolçu Rasim Əliyev ondan hətta bu paylaşıma görə üzr də istəyib: "Videoya kim baxsa, görәr ki, mən yumruğumu yumruğuma vurub bizim yumruq kimi ölkә olduğumuzu demişәm. Biz qardaşıq, biz dostuq. Ona dedim ki, yazını düzәlt. Dedi ki, oldu. Üzr istәyirәm sәhvimә görә. Biz bunları danışmışıq. Amma döymәk söhbәti düzgün deyil".
Cavid Hüseynov
Jurnalist Rasim Əliyev xəstəxanda olarkən müsahibə də vermişdi. Həmin müsahibəni də sizə təqdim edirik.
“Qəbələ” İdman Klubu da jurnalist Rasim Əliyevin vəfat etməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, tezliklə bu məsələnin hüquq-muhafizə orqanları tərəfindən araşdırılacağına, günahkarların layiqli cəzalarını alacaqlarına inanırıq. Bildiririk ki, Cavid Hüseynov komandamız üçün nə qədər vacib oyunçu olsa belə, bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırılıb./anspress/