Ötən gün Mədəniyyət TV-də yayımlanan “Ovqat” verilişinin qonağı millət vəkili Ziyad Səmədov olub.
Qazeta.info “Qafqazinfo” -a istinadla xəbər verir ki, deputat verilişinin aparıcısına verdiyi sözü yerinə yetirib, proqramda tar çalıb.
“İnanıram ki, bir gün siz “Ovqat”ı Şuşada keçirəcəksiz. O zaman siz bizi qonaq çağırasız, Zabitə xanım ifa edər. Mən də sizi tarda müşayiət edəcəyəm. Belə sənətkarların yanında çalmaq bir az çətin olar. Amma Vüsalla mən bir məclisdə çalmışam. Vüsal, mənim tarımı gətir” – deyə millət vəkili bildirib.
Səmədov “Bayatı-Şiraz” muğamını tarla ifa etmək istədiyini bildirib. Onun səsləndirdiyi musiqi sədası altında Zabitə Əliyeva canlı ifa edib.
Xatırladaq ki, Ziyad Səmədzadənin böyük qızı Aygün Səmədzadə tanınmış bəstəkardır.