Millət vəkili: «Adama elə gəlir ki, yollarda müharibə gedir»
15.08.2016 797 0.0 0

“Bizdə yol qəzalarının sayı və qəzalarda həyatını itirənlərin statistikası ilə bağlı vəziyyət çox acınacaqlıdır. Hər 100 avtomobil qəzasında 33-36 nəfər ölür. Adama elə gəlir ki, yollarda müharibə gedir”. 

 
Məlumata görə, bunu millət vəkili Rafael Cəbrayılov Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin yol hərəkətinin təhlükəsizliyi ilə bağlı keçirdiyi tədbirdə deyib.

 

Onun sözlərinə görə, bu sahədə maarifləndirməyə ciddi ehtiyac var: “Təsəvvür edin ki, İsveçin əhalisi təxminən bizim ölkənin əhalisi qədərdir, amma avtoqəzalarda ölüm sayı cəmi iki faizdir. Avstriyada 2,5, Türkiyədə 5 faizdir. Mən bir neçə il əvvəl bu statistikanı araşdırdım və məlum oldu ki, bir neçə il əvvələ qədər hər il yol qəzalarında 1200-dən artıq insan həyatını itirirdi. Bura xəsarət alanları da əlavə etsək, vəziyyətin çox acınacaqlı olduğunu görə bilərik. Sevindirici haldır ki, ötən il aparılan maarifləndirmə işlərindən sonra bu göstərici bir qədər aşağı düşdü”. 
 

R. Cəbrayılov əlavə edib ki, maarifləndirmə işinin aparılmasında mətbuatın üzərinə böyük vəzifə düşür. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar