MİNSK DANIŞIQLARININ BƏZİ MƏQAMLARI AÇIQLANIB
27.08.2014 1801 0.0 0

Rusiya Dövlət Başçısı Vladimir Putin: "Ukraynanın imzaladığı tərəfdaşlıq razılaşması iqtisadiyyatımıza zərər versə bu ölkə ilə sərbəst gömrük sahəsi və idxalatımızı nəzərdən keçirmək məcburiyyətində qalarıq" deyə bildirib. 

Ukraynanın AB və Avrasiya birliyi ilə əlaqələrin qiymətləndirildiyi Belarusun paytaxtı Minskdəki yığıncağa Ukrayna Dövlət Başçısı Petro Poroşenko, Qazaxıstan Dövlət Başçısı Nursultan Nazarbayev, Belarus Dövlət Başçısı Aleksandr Lukaşenko və AB Xarici Siyasət Yüksək Nümayəndəsi Ketrin Aştonl qatılıb. 

Putin yığıncaqın əvvəlində Ukraynada yaşanan böhranın həllinə istiqamətlənmiş gələcək hər cür təklifə açıq olduqlarını söyləyib. 

Qazeta.info bildirir ki,Yığıncağın Ukraynanın AB ilə imzaladığı tərəfdaşlıq razılaşmasını danışmaq üçün əhəmiyyətli bir fürsət olduğuna diqqəti çəkərək, "Rusiya digər ölkələrin seçimlərinə hörmət duyur ancaq bu qərarların bizim və başqa ölkələrin iqtisadiyyatına zərər verməyəcəyini ümid edirəm. Ukraynanın imzaladığı  razılaşması iqtisadiyyatımıza zərər versə bu ölkə ilə sərbəst gömrük sahəsi və idxalatımızı nəzərdən keçirmək məcburiyyətində qalarıq "deyib. 

Daha sonra Ukraynanın keçmiş SSR-i ölkələrindən olduğunu xatırladan Putin, Ukraynanın ağır sənaye başda olmaq üzrə nüvə və hava sənayesinin Rusiya ilə iç-içə olduğunu ifadə edib. 

Rusiya dövlət başçısı Ukranyanın şərqində davam edən əməliyyatlar mövzusu və iki ölkə əlaqələrini danışmağa hazır olduqlarını söyləyib. 

 

Ukrayna Dövlət Başçısı Poroşenko da növbədən kənar seçki qərarı almasının ölkəsindəki böhranın həlli üçün önəm daşıdığını bildirib. 

Toplantıya Ukrayna xalqının gələcəyini təyin qərarlar almaq məqsədilə qatıldığını bildirən Poroşenko, "Bu günki danışıqların sonunda Ukraynanın ərazi bütövlüyü başda olmaq üzrə bəzi mövzularda anlaşmamız lazımdır" deyə bəyan edib. 

Poroşenko, "Mən burada böhrandan çıxış yolların haqda danışmağa hazıram. Ukraynanın şərqi və cənubuna sülh bərqərar olduğu zaman insanların haqqlarını qazanacağını, özlərinin dövlət təşkilatlarında təmsil ediləcəklərini zəmanət verirəm. "Qanın axmasını dayandırmaq istəyirəm" deyə vurğulayıb

Putin  2000 çox adamın həyatına son qoyan separatçı qarşıdurmalarla əlaqədar, Ukraynalı həmkarı ilə apardığı görüşün  "müsbət" keçdiyini qeyd etdib. 

Ukrayna Dövlət Başçısı Poroşenko, vəzifəyə gəldiyində açıqladığı sülh planının hələ də etibarlı olduğunu qeyd etdi. 

Liderlərin, yığıncağın ardından ortaq şərhi etməsi gözlənilir. 

Bildirək ki,Minskdəki yığıncaqdan əvvəl liderlər ikitərəfli danışıqlar da  edib. Poroşenko, AB xarici işlər və güvelik Siyasəti Yüksək Nümayəndəsi Ketrin Aştonla bir araya gəlib

Proşenkonun görüşdə, AB Tərəfdaşlıq müqaviləsinin Sentyabr ayında parlamentdə səsverməyə çıxarılacaqını söyləyib, oktyabrda keçirilməsi planlaşdırılan erkən seçkinin razılaşmanın təsdiqinə maneə törətməyəcəyini söylədiyi bildirilir. 

Ashtona Ukraynanın şərqindəki yeniliklər haqqında fikirlərini bölüşən Poroşenkonun, Ukrayna torpaqlarında tutulan 10 Rus əsgəriylə əlaqədar məlumat verdiyi ifadə edilir


Teqlər:MİNSK DANIŞIQLARININ BƏZİ MƏQAMLARI

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar