MHP-yə azərbaycanlı rəhbər
07.11.2015 848 0.0 0

Türkiyədə keçirilən parlament seçkisindən sonra millət vəkillərinin yarısını itirən Milliyətçi Hərəkət Partiyasında başqanın dəyişməsi məsələsi gündəmə gəlib.

Məlumata görə, bu barədə İqdır Azərbaycan dərnəyinin başçısı Sərdar Ünsal xəbər verib.

Partiyada olan bəzi qruplar Dövlət Baxçalının müvəffəqiyyətsizliyini görərək MHP başqanlığı üçün namizəd axtarışına çıxıb. Bu məqsədlə partiya tərəfdarları arasında sorğuya start verilib. Sosial media platformaları və internetdə aparılan sorğularda MHP başqanlığına ən real namizəd Azərbaycan əsilli deputat Sinan Oğan sayılır. Aparılan sorğular Sinan Oğanın xeyrinə nəticələnib.

 


Sinan Oğan - sabiq millət vəkili

"Twitter"də aparılan “Sinan Oğan partiya başçısı olarsa, MHP müvəffəqiyyət qazanarmı” sorğusuna iştirakçıların 63%-i müsbət cavab verərək Oğanın liderliyinin müvəffəqiyyətli olacağını düşünüb. “Facebook“da aparılan bir sorğuda isə Sinan Oğan ən yaxın rəqibindən iki qat daha çox səs alıb.

 

Daha bir internet saytı tərəfindən aparılan və 200 mindən çox adamın səs verdiyi anketdə isə Sinan Oğan ilə Meral Akşener ən çox səs alan iki namizəd olaraq önə çıxıb. Anketdə Oğan 45% səs ilə ilk sırada qərarlaşıb. Anketdə səs verən 98 mindən çox iştirakçı MHP-nin başına Oğanın keçməsini istəyir. "İpsos" Araşdırma Şirkətinin apardığı araşdırmaya görə, hazırkı başqan Dövlət Baxçalının getməsini iştəyən seqment yüzdə 80-dır.

 

Türkiyədə deputat seçkisi

 

Bir müddət əvvəl MHP Sinan Oğanı yoverilməz fəaliyyətdə ittiham edərək partiyadan uzaqlaşdırmışdı. Onun adı iyun ayının 7-də keçirilən seçkidən öncə MHP baş katibi postuna hallandırılıb. Bu şayiələrin yayılmasından sonra o zaman İqdırdan millət vəkili olan Oğan öncə MHP-nin deputatlığa namizədlər siyahısından çıxarılıb, sonra isə partiyadan uzaqlaşdırılıb. Oğan bu qərardan məhkəməyə şikayət edib və məhkəmə onun haqqında olan qərarı ləğv edib. Bu barədə qərarı Oğan öz "Twitter" səhifəsində elan edib. "Ədalət yerini tutdu, partiyama geri döndüm", - deyə o qeyd edib. Diplomat deyib ki, məhkəmə onun haqqında olan qərarı ləğv edib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar