Meyxanaçıların da olduğu kafeyə polis basqınının - Videosu
31.03.2016 702 0
Rusiyada azərbaycanlıların “sxodka” təşkil etdikləri deyilən kafeyə polis hücumunun görüntüsü yayılıb.
Qazeta.info “Qafqazinfo”-nun məlumatına əsasən bildirir ki, sosial şəbəkədə yerləşdirilən bir neçə saniyəlik videoada maskalı şəxslərin zala daxil olduğu əks olunub. Silahlı şəxsin azərbaycanlı meyxanaçılara musiqini dayandırmağı əmr etdiyi görünür.
Xatırladaq ki, Rusiya mətbuatının yazdığına görə, azərbaycanlı biznesmen Ağayar Ağayev ad günü adı altında Yekatrinburq şəhərində “sxodka” keçirməyə cəhd edib. Polisin basqını nəticəsində 200-ə yaxın həmyerlimiz saxlanılıb. Əməliyyat zamanı silah və narkotik vasitələr aşkar olunub.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər