Meyiti tapılmış neftçinin kimliyi məlum olub
11.01.2016 575 0.0 0

Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin şəxsiyyəti müəyyənləşdirilmişdir.

Qazeta.info Fövqaladə Hallar Nazirliyinə istinadla bildirir ki, məlum olduğu  kimi, Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus “Cabbar Həşimov” gəmisi kişi cəsədi aşkar etmişdir. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Caspian Rovşan” gəmisinə məlumat ötürülmüş və cəsəd gəminin göyərtəsinə qaldırılaraq Türkmənbaşı dəniz limanı istiqamətində aparılmışdır.
Məlum olmuşdur ki, meyit “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğluna məxsusdur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar