Meyiti tapılan neftçinin kimliyi məlum olub
30.01.2016 571 0
Qazeta.info Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən bildirir ki, xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçinin meyiti Vətənə gətirilmişdir
Xəbər verildiyi kimi, yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçi Sahib Güloğlan oğlu Şahmarovun meyiti tapılmışdır.
Bu gün cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi gecə saatlarında geri qayıtmışdır. Neftçi Sahib Güloğlan oğlu Şahmarovun nəşi Vətənə gətirilmiş və aidiyyəti üzrə təhvil verilmişdir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər