Mey və Yunker İranla nüvə razılaşmasının qorunub saxlanmasında maraqlıdırlar
17.10.2017 602 0.0 0

Böyük Britaniyanın baş naziri Tereza Mey və Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker İranın nüvə proqramı ilə bağlı razılaşmanın qorunub saxlanmasında maraqlı olduqlarını bəyan ediblər.

 

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Mey və Yunkerin birgə bəyanatında bildirilir.

 

“Baş nazir və Avropa Komissiyasının prezidenti Avropa və dünya məsələləri ilə bağlı konstruktiv danışıqlar aparıblar. Tərəflər həmçinin İran ilə nüvə razılaşmasının qorunub saxlanılmasında maraqlı olduqlarını ifadə ediblər”, bəyanatda deyilir.

 

Mey və Yunker arasında görüş oktyabrın 16-da Brüsseldə baş tutub. Danışıqların əsas mövzusunu “Brexit”lə bağlı məsələlər təşkil edib.

 

Oktyabrın 13-də prezident Donald Tramp ABŞ-ın İrana qarşı yeni strategiyasını elan edib və gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib. Qeyd edək ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar