Metropoliten «Sahil» stansiyasını bağlamağa məcbur oldu
11.08.2015 885 0.0 0

Bakı metrosunun "Sahil" stansiyası bağlanıb. Bu barədə faktı Trend-ə Metropolitendən təsdiqləyiblər.

Qısa müddətə bağlanan stansiyada problemin texniki nasazlıqdan yarandığı bildirilib.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, sözügedən problemə metronun "28 may" və "Sahil" stansiyaları arasındakı tuneldə su axınının artması səbəb olub.

Hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar