Metroda maskadan istifadə ləğv edilsə də... - RƏSMİ
29.04.2022 641 0.0 0

Mayın 1-dən qapalı məkanlarda maskalardan istifadə ləğv edilsə də, metro stansiyalarında karantin qaydalarına əməl olunmasına nəzarət ediləcək.

Qazeta.info xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Bakı metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, tibbi maskanın istifadəsi ləğv edilsə də, ölkədə karantin rejimi hələ də davam etdiyindən metronun stansiyalarında da bu qaydalara uyğun nəzarət tədbirlləri davam etdiriləcək.

 

"Metropolitenin texniki işçiləri və insan resursları imkanları səviyyəsində karantin qaydalarına, Operativ Qərargahın tapşırıq və tövsiyyələrinə uyğun olaraq nəzarət olacaq. Metropolitendə yaradılan operativ qrup bu məsələlərə diqqət edəcək. Bununla yanaşı, metropoliten stansiyalarında sosial məsafə və digər məsələlərlə bağlı mütəmadi monitorinqlər də keçiriləcək. Maskadan istifadə ləğv edilsə də, sosial məsafə və digər qaydalarla bağlı işlər davam etdiriləcək. Bu proses metropolitenin texniki imkanları çərçivəsində həyata keçiriləcək. Sərnişin sıxlığı yaranacağı təqdirdə bu məsələlərə ciddi diqqət yetiriləcək".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar