Metroda intihara cəhd edən şəxs xəstəxanada ölüb
12.01.2018 971 0.0 0

Bu gün metronun “Qara Qarayev” stansiyasında özünü qatarın altına atmaq istəyən kişi 3 saylı Şəhər Klinik Xəstəxanasında ölüb.

 

APA-nın xəbərinə görə, həmin şəxsə tibbi yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb.

 

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya aparılıb. 

 

 

***

 

09.41

 

Bakı metrosunda intihara cəhd olub.

 

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya açıqlamasında bildirib ki, hadisə 09:18 radələrində  "Qara Qarayev" metro stansiyasında qeydə alınıb.

 

Belə ki, "H.Aslanov" metrostansiyasından "Dərnəgül"ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar “Qara Qarayev” metrostansiyasına daxil olanda 60-70 yaşında bir kişi özünü qatarın altına atmaq istəyib.

 

“Lakin qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb. İntihara cəhd edən şəxsin vəziyyəti ağırdır”, - deyə N.Paşayev vurğulayıb.    


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar