Bakı Metropolitenində təcili texniki yardım maşını istifadəyə verilib. Onların sayəsində istənilən fəvqəladə halın aradan qaldırılması mümkün olacaq.
ANS TV-nin məlumatına görə, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti iki yeni texniki maşını istifadəyə verir. Bundan sonra metroda hər hansı bir qəza, fövqəladə hal baş verərsə, xidmətin əməkdaşları o zaman bu avtomobillər vasitəsilə əraziyə yollanacaq.
Əvvəllər də bu cür avtomobillər olsa da, amma yeni gətirilən təcili texniki yardım maşınları köhnə maşınlardan tamamilə fərqlənir. Bu avtomobillər tam olaraq müasir standartlara cavab verir.Bütün müvafiq avadanlıq və alətlərlə təchiz edilən texniki yardım həm də kiçik avtolaboratoriyadır.
220 və 380 volt gərginliyi təmin edən generator, müxtəlif dəzgahlar və s. kimi alətlərlə də tam təchiz olunub.
Kabellərin zədəsini, xətalarını təyin edib, onun xarakteri barədə operatora avtomatik məlumat verən cihaz da var.
Təmirçi İslam Məmişov deyir ki, təcili texniki yardım maşını vasitəsilə hər hansı bir avadanlıq sıradan çıxarsa, onu tez bir zamanda təmir etmək mümkün olacaq.
Təcili texniki yardım avtomobilinin iki salonu 6 nəfərlik yardım heyəti üçün nəzərdə tutulub./anspress/