Metro qatarları gecikir - SƏBƏB
16.03.2018 804 0.0 0

Bakı metrosunda sərnişin qatar relsinə yıxılıb.

Qazeta.info bildirir ki, bu barədə Trend-ə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün saat 12:55-də baş verib:

"İçərişəhər" stansiyasında sərnişin qatar yoluna (relslərin üstünə) yıxılıb. Hadisə qatar stansiyada olmadığı vaxt baş verib. Dərhal qatar yolundan gərginlik ayrılıb. Hazırda sərnişini çıxartmağa çalışırıq. Xətdə müəyyən gecikmə olacaq. Xahiş olunur, nəzərə alasınız".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar