Metro ilə Dəmiryol Vağzalı birləşdirilir
18.02.2016 650 0.0 0

Bakı Dəmiryolu Vağzalının təmiri bu ilin ikinci yarısında başa çatacaq.  Təmirdən sonra sərnişinlər dəmir yolu vağzalından 28 May metro stansiyasına birbaşa keçəcəklər. Qazeta.info Fins.az -a istinadla xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, təmir işləri nəticəsində Vağzalın Binası tamamilə yeniləcək, burada sərnişinlər üçün yeni şərait yaradılacaq. «Vağzalda bilet kassaları, saxlama kameraları, ana və uşaq otağı, kafelər, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunur, eskalatorlar və liftlər yenisi ilə əvəzlənir». Vağzal binasında sərnişinlər Wi-Fi sistemindən istifadə edə biləcəklər. Vağzalda suvenirlər, güllər satılacaq. “Bir sözlə vağzala daxil olduqda əsl qarşılanma və yolasalma – vağzal aurası olacaq”.

  N. Əzməmmədov deyib ki, hazırda platformalarda da işlər gedir. İşlər yekunlaşdıqdan sonra sərnişinlər elektrik qatarlarından düşüb birbaşa “28 May” metro stansiyasına çıxış əldə edə biləcəklər.

Qeyd edək ki, Bakı Dəmiryol Vağzalının yenidən qurulmasına ötən ilin martından başlanıb. Hazırda vağzal binasının fasadının üzlənməsi həyata keçirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar