Mesut Ozil 219 yoxsul uşağın əməliyyatını üzərinə götürüb - FOTO
25.12.2019 755 0.0 0

"Arsenal"ın yarımmüdafiəçisi Mesut Ozil özünün bütün dünyada ehtiyac içində olan uşaqların əməliyyat edilməsi üçün xeyriyyəçilik fondlarına ianələrindən danışıb.

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, 31 yaşlı futbolçu bu barədə özünün "İnstagram"dakı səhifəsində bildirib.

"Artıq 219 əməliyyat edilib, amma irəlidə edilməli olan daha çox şey var! Mən arvadımla 2019-cu ilin iyununda, toyumuzdan əvvəl elan etdik ki, bütün dünyada əməliyyata ehtiyacı olan daha 1000 uşağın xərcələrini üzərimizə götürəcəyik.

 

 

Toyun bu layihəyə ianə ayıran hər bir qonağı, azarkeşi və fanatları, xüsusən layihədə iştirak edən beynəlxalq tibbi briqadaları sağ olsun.

Bu yalnız başlanğıcdır! Gəlin qarşıdakı 2020-ci ilə baxaq və ehtiyac içində olan yüzlərlə digər uşaqlara birlikdə kömək edək", - deyə Ozil yazıb. 

O, sosial şəbəkədə mövzu ilə bağlı fotosunu da paylaşıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar