Lionel Messi yığmada karyerasını başa vurduğunu bəyan edib.
Məlumata görə, o bu qərarını Amerika Kubokunun finalında Argentinanın Çiliyə məğlub olmasından sonra açıqlayıb.
"Mənim üçün Argentina yığmasında hər şey bitdi. Bu mənim qərarımdır", - deyə hücumçu bildirib.
Amerika Kubokunun iyunun 26-da keçirilən finalında Argentina və Çili yığmaları üz-üzə gəlib.
Əsas və əlavə vaxtda hesab açılmadığından qalibi on bir metrlik cərimə zərbələri müəyyənləşdirib.
Çili futbolçuları daha dəqiq olublar, nəticədə Çili yığması Argentinanı 4-2 məğlub edərək dalbadal ikinci dəfə Amerika Kubokunun qalibi olub. L. Messi penaltini dəqiq yerinə yetirə bilməyib.
Qeyd edək ki, bundan əvvəlki finalda da Argentina və Çili yığmaları qarşılaşmış, Çili 1-0 qalib gələrək kuboka sahib olmuşdu./apa/