Мeşə və qeyri-meşə torpaqlarının icarə müddəti artırılıb
13.05.2017 676 0.0 0

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası”na dəyişiklik edib.

Məlumata görə, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası”nın 3-cü hissəsinə dəyişiklik edilib. Belə ki, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında artıq bir ildən qırx doqquz ilədək verilə bilər./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar