Fransa və Almaniya liderləri son 26 ildə ilk dəfə Avropa Parlamentində birgə çıxış edəcəklər.
Məlumata görə, bu haqda Avropa Parlamentinin başçısı Martin Şultsun öz şəxsi "Twitter" səhifəsində bildirib. Onun sözlərinə əsasən, Fransa prezidenti Fransua Oland və Almaniya Kansleri Angela Merkel oktyabrın 7-də Strasburqda Avropa parlamentariləri qarşısında çıxış edəcəklər.
Görüş zamanı onlar Avropada ən aktual olan məsələlər barədə danışacaq, siyasi qrup liderləri ilə müzakirələr aparacaqlar.
Axırıncı dəfə Fransa və Almaniya liderlərinin Avropa Parlamentində 26 il bundan əvvəl birgə çıxış ediblər. Belə ki, sonuncu dəfə 1989-cu ilin noyabrında Fransa prezidenti Fransua Mitteran və Almaniya kansleri Helmut Kol “Soyuq müharibə”nin bitməsini Avropa Parlament üzvləri ilə müzakirə ediblər.
Martin Şultsun "Twitter" səhifəsi
"Bu hal-hazırda çətin vaxtlara təsadüf edən tarixi bir səfər olacaq. Çünki Avropa Birliyi böyük problemlərlə üz-üzədir və onun liderlərindən məsuliyyət və sədaqət tələb olunur", - deyə Martin Şultsun vurğulayıb.
Bundan əvvəl Olland və Merkel Avropa Birliyində miqrantların axınına qarşı mübarizə məsələsinə görə, təkliflərlə çıxış ediblər. Sadəcə, onların buradakı çıxışı Avropa Birliyinin bütün üzvlərinin arasında baş verib.
Bu görüşdə Olland və Merkel Avropaya düşməyə çalışan qaçqınların vəziyyəti üzrə qərarlar qəbul ediblər: "Avropa Birliyi qətiyyətli şəkildə hərəkət etməli və öz dəyərlərinə müvafiq qərar qəbul etməlidir", - iki ölkə liderləri təklif ediblər./anspress/