Merkel Putini ittiham etdi
21.05.2015 666 0
"Rusiyanın "Böyük yeddilik" (B7) qrupuna qayıtması ağılabatan deyil."
Məlumata görə, bunu Almaniya kansleri Angela Merkel bildirib.
O, Riqada Şərq Tərəfdaşlığı sammitinə getməzdən əvvəl Bundestaqda çıxış edərkən deyib: "Rusiya nə qədər ki, əsas demokratik dəyərlərə və beynəlxalq qanuna əməl etmir, onun B7 qrupuna qayıtması mümkün görünmür.”
O xüsusi vurğulayıb ki, biz "Böyük yeddilik" qrupuna dəyərlərin cəmiyyəti kimi baxırıq. Bu, azadlıq, demokratiya və qanunun aliliyi uğrunda birgə iş deməkdir. Bu, millətlərin qanunları və ərazi bütövlüyünə əməl olunması deməkdir.
Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı hərəkətləri bütün bunlarla bir yerə sığmır./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər